Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, BMT Baş katibi taxıl sazişinə verdiyi dəstəyə görə Ərdoğana minnətdarlıq edib.
"Bir daha Ərdoğana və Türkiyə hökumətinə göstərdikləri səylərə görə təşəkkürümü bildirirəm. Hələ həllini gözləyən problemlər var, lakin Rusiya, Ukrayna, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının nümayəndələri onları müzakirə etməyə davam edəcəklər”, - deyə Quterreş bildirib.
Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi sazişi daha 2 ay uzadılacaq.
Son xəbərlər
Son Xəbərlər