Quterreş Ərdoğanı Putinlə görüşü barədə məlumatlandırdı

quterres-erdogani-putinle-gorusu-barede-melumatlandirdi
Oxunma sayı: 1152

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TRT Haber” yayıb.

Söhbət zamanı Quterreş Ərdoğanı Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüş barədə məlumatlandırıb.

Xatırladaq ki, A. Quterreş Rusiyaya səfər edib və Putinlə yanaşı, ölkənin xarici işlər naziri Sergey Lavrovla da görüş keçirib.