Quterreş Livandakı partlayışlardan danışdı

quterres-livandaki-partlayislardan-danisdi
Oxunma sayı: 1771

“Mülki obyektlərin hədəfə çevrilməsinə qadağa dünya birliyində ölkələr üçün qaydaya çevrilməlidir”​.

“Qafqazinfo” xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş deyib.

Baş katib Assambleyanın 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi ərəfəsində keçirdiyi mətbuat konfransında Livanda mobil qurğuların partladılmasını şərh edərkən, mülki obyektlər üzərində nəzarətin saxlanmasının tərəfdarı olduğunu deyib:

“İnanıram ki, mülki obyektlərə nəzarət, onları silaha çevirməmək, dövlətlərin həyata keçirməli olduğu bir qayda olmalıdır”.