Quterreş peyvənd olundu - Foto

quterres-peyvend-olundu
Oxunma sayı: 1036

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşə yeni növ koronavirusa qarşı peyvəndin ilk dozası vurulub.

“Qafqazinfo” bildirir ki, bu barədə siyasətçi tvitter səhifəsində yazıb.

“Mən “COVID-19”a qarşı peyvəndin ilk dozasını aldığım üçün xoşbəxt və minnətdaram. Biz vaksinin hamıya əlçatan olması üçün işə başlamalıyıq. Pandemiyada hər kəs təhlükəsizlikdə olmayana qədər heç kim arxayın ola bilməz”, - Quterreş sosial şəbəkədə yazıb.

O, hansı vaksinlə peyvənd olunduğunu dəqiqləşdirməyib.