Quterreş Ukraynada müharibənin olmayacağına inanır

quterres-ukraynada-muharibenin-olmayacagina-inanir
Oxunma sayı: 763

BMT-nin Baş katibi Antonio Quterreş belə hesab edir ki, Ukraynada müharibə olmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu Quterreşin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə deyib.

Ukraynada müharibə olacağı təqdirdə BMT-nin ehtiyat planının olub-olmaması ilə bağlı suala Düjarrik belə cavab verib: “BMT-nin Baş katibi hərbi əməliyyatların olmayacağına inanmağa davam edir”.