Quti “Beşiktaş”da - Foto

quti-besiktasda
Oxunma sayı: 2443

Madrid “Real”ının U-19 komandasını çalışdıran Quti Hernandes iş yerini dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 41 yaşlı mütəxəssis “Beşiktaş”ın baş məşqçisi Şenol Günəşin köməkçisi olacaq.

Onunla 2 illik müqavilə imzalanıb. Qutinin illik məvacibi 350 min avro olacaq.

Quti transfer barədə sosial şəbəkə hesabında buynları yazıb:

““Real”a təşəkkür edirəm. Bir neçə günə “Beşiktaş”da köməkçi məşqçi olacam. Mənə qarşı sevgi və inamlarına görə minnətdaram”.

Qeyd edək ki, “Real”ın əfsanəsi 2010-cu ildə “Beşiktaş”a transfer olmuş və futbolçu karyerasına 1 il sonra bu klubda son qoymuşdu.