Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından olan deputatı Olav Quttinqin Dağlıq Qarabağda qoşunların təmas xəttində atəşkəş rejiminin pozulması ilə əlaqədar açıqlama ilə çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, deputat Almaniya Federativ Respublikasının mülki vətəndaşlara qarşı istənilən hərbi təcavüzü pislədiyini bildirib:
“Hazırda Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən hərbi təxribat və hücumlar qəbuledilməzdir. Ermənistanın bu hərəkətləri ATƏT-in Minsk Qrupunun məqsədlərinə ziddir və yalnız beynəlxalq hüququ deyil, həmçinin, xarici siyasətimizin mənəvi dəyərlərini də pozur”.
Son xəbərlər
Son Xəbərlər