Quzanlı stadionunun azarkeş tutumu artırılacaq

quzanli-stadionunun-azarkes-tutumu-artirilacaq
Oxunma sayı: 658

“Qafqazinfo”nun verdiyi məlumata görə, bu haqda Ağdam Rayon İcra Başçısının I müavini Zülfi Qasımov məlumat verib. Onun sözlərinə görə, buna şəxsən PFL prezidenti Ramin Musayev özü söz verib: “Bir dəfə oyunların birində Ramin müəllimə zəng elədim. Onunla söhbətdə bildirdim ki, stadion ağzına kimi dolub ancaq bir xeyli insan da qapı arxasında qalıb. Yəni, problemimizi onunla bölüşdük. Həmin vaxt o, matçı televiziyadan izləyirdi. Amma, söz verdi ki, PFL-in maddi dəstəyi ilə Quzanlıda əlavə 3000-lik tribuna tikdirəcək”.

Qeyd edək ki, hazırda Quzanlı Olimpiya Kompleksinin tutumu 2000 nəfərdi. Yeni tribunanın inşasından sonra bu tutum 5000-ə çatdırılacaq.

qol.az