Qvardiola qərarını açıqladı

Qvardiola qərarını açıqladı
Oxunma sayı: 2235

UEFA-nın "Mançester Siti"ni avrokuboklardan 2 illik uzaqlaşdırmasından sonra komandanın baş məşqçisi Pep Qvardiolanın klubda qalıb-qalmayacağı müzakirələrə səbəb olub.

"Qafqazinfo" xəbər verir ki, ispan mütəxəssis bununla bağlı ilk dəfə açıqlama verib. 49 yaşlı çalışdırıcı komandada qalacağını bəyan edib:

"Hansı liqada olsaq, burada qalacam. Lap aşağı liqaya düşsək də, komanda ilə olacam. İndi bir yerdə olmaq vaxtıdır".

Qeyd edək ki, Qvardiolanın "şəhərlilər"lə müqaviləsi 2021-ci ilin yayında bitir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi