Qvardioladan Premyer Liqada yeni rekord

Qvardioladan Premyer Liqada yeni rekord
Oxunma sayı: 1560

İngiltərə Premyer Liqasının 26-cı turu çərçivəsində “Vest Hem”lə ev oyunu “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola üçün əlamətdar olub.

"Qafqazinfo" xəbər verir ki, komandasının 2:1 hesabıyla qalib gəldiyi bu oyunda ispan mütəxəssis Premyer Liqa çərçivəsində 200-cü qələbəsini bayram edib.

“Mançester Sit”nin çalışdırıcısı 200-cü qələbəsini 273-cü matçda rəsmiləşdirib. Bu isə İngiltərə çempionatında rekord göstəricidir. Məsələ burasındadır ki, Premyer Liqada daha öncə heç bir baş məşqçi 200 qələbə həddinə bu qədər az oyunda nail ola bilməmişdi.

Əvvəlki rekord Joze Mourinyoya məxsus idi. Hazırda “Tottenhem”i çalışdıran portuqaliyalı mütəxəssis vaxtilə 200 qələbə qazanmaq üçün 309 matç keçirməli olub.

“Mançester Siti” Premyer Liqada bu mövsüm keçirdiyi 26 oyunda 62 xalla zirvədə qərarlaşıb.