Qvineya-Bisau Prezidentinin ölkəmizə səfəri başa çatdı - Fotolar

qvineya-bisau-prezidentinin-olkemize-seferi-basa-catdi
Oxunma sayı: 1830

Qvineya-Bisau Prezidenti Umaru Sisoku Embalonun Azərbaycana rəsmi səfəri başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər yola salıblar.