“Qafqazinfo”nun Apasport.az saytına istinadən məlumatına görə, Voleybol Mərkəzində baş tutacaq matçlarla ölkə çempionatının mükafatçılarının tam siyahısı müəyyənləşə bilər.
Belə ki, 3 qələbəyədək davam edən final mərhələsinin hər 2 cütündə tərəflərdən biri mükafatlara çox yaxındır. Çempionluq uğrunda mübarizədə “Rabitə” “Azəryol”a, bürünc savaşında isə “İqtisadçı” “Azərreyl”ə artıq 2 dəfə qalib gəlib. Bu isə o deməkdir ki, “Rabitə” və “İqtisadçı” üçün mövsümü başa vurmağa cəmi 1 qələbə kifayətdir.
Lakin “Azərreyl” və ya “Azəryol” qalib gələcəyi halda əlavə matçlara ehtiyac olacaq.
Bütün bunlara baxmayaraq, artıq Azərbaycan Voleybol Federasiyası medalları və kuboku Voleybol Mərkəzinə gətirəcək. Mükafatlandırma mərasimində həmçinin, əvəzedici komandaların “üçlüyü” də medallarına qovuşacaq.
Final mərhələsi, 18 aprel
Üçüncü oyun
III yer uğrunda
16:00. “İqtisadçı” – “Azərreyl”
İlk oyun: “İqtisadçı” – “Azərreyl” - 3:1 (20:25; 25:15; 26:24; 25:23)
İkinci oyun: “Azərreyl” - “İqtisadçı” - 0:3 (25:27; 20:25; 24:26)
Final
18:00. “Azəryol” – “Rabitə”
İlk oyun: “Azəryol” – “Rabitə” - 1:3 (28:26; 20:25; 21:25; 19:25)
İkinci oyun: “Rabitə” - “Azəryol” - 3:1 (25:16; 20:25, 25:16, 25:19)
Son xəbərlər
Son Xəbərlər