“Rabitə” Polşanın “Atom”unu “partlatdı”

rabite-polsanin-atomunu-partlatdi
Oxunma sayı: 663

Oyun əvvəlcədən də proqnozlaşdırıldığı kimi gərgin keçib. Sopotda baş tutan ilk matçda gözlənilmədən 1:3 hesabı ilə məğlub olan dünya çempionları “Sərhədçi” Olimpiya Mərkəzində bunun qisasını alıblar.

Maraqlıdır ki, oyun Polşadakı ssenari ilə davam edib. Bu dəfə ilk seti “Atom” qazanıb. Lakin ardından əzmkar oyun nümayiş etdirən “Rabitə” oyunun axarını dəyişib və 3:1 hesabı ilə qələbə qazanıb.

Belə olan halda cütün qalibi “Qızıl set”də müəyyənləşib. “Lotereya”da daha inamlı oyun nümayiş etdirən voleybolçularımız 15:6 hesabı ilə layiqli qələbə qazanaraq, 1/4 finala vəsiqə qazanıb.

Bu mərhələdə “Rabitə”nin rəqibinin yenidən “Fənərbaxça” olacağı ehtimalı böyükdür. Çünki qrup mərhələsində də Azərbaycan çempionu ilə oynayan türklər ilk matçda səfərdə “Modranska”ya 3:1 hesabı ilə qalib gəliblər və cavab oyununa bir neçə saat sonra çıxacaqlar. Onların bu üstünlüyü əldən verəcəkləri inandırıcı deyil.

anspress.ws