““Rabitəbank” ən aşağı faizlə nağdsız kredit verir” - Müsahibə

““Rabitəbank” ən aşağı faizlə nağdsız kredit verir”
Oxunma sayı: 2613

“Rabitəbank”ın  Riteyl kreditlər departamentinin direktoru Fəxri Bağıyevin “Qafqazinfo”ya müsahibəsi:

“Rabitəbank”ın ən aşağı faizli kredit olan 14.9 nağdsız krediti haqqında məlumat verməyinizi istərdik. Onun mahiyyəti və səbəbi nədir?

Bildiyimiz kimi, son zamanlar istehlak kreditləşməsində canlanma müşahidə olunur. Bununla yanaşı, tənzimləyici orqanlarının nağdsız əməliyyatların sayının artması istiqamətində görülən işlərə müvafiq olaraq “Rabitəbank” olaraq biz də nağdsız əməliyyatların sayına ciddi təsir edə biləcək yeni kredit məhsulunun bazara çıxarılmasını qərara aldıq.  “Kreditin Kartı” adlı nağdsız kredit kampaniyasına oktyabrdan etibarən start verdik. Məhsulun şərtlərinə gəldikdə isə, kreditin faizi 14,9% dan başlayaraq 36 ay müddətinə təklif edilir. Bu məhsuldan istifadə edən müştərilər POS  alış-veriş, internet üzərindən alış-veriş və online ödənişlər zamanı əlavə heç bir komissiya ödəmirlər. 

Məhsulun satışından gözləntiləriniz nədir?

Qısa müddət ərzində məhsul müştərilər arasında böyük marağa səbəb olub və ümumi satışlara ciddi təsir  göstərib. Hazırda rəqəmsal dövrdə yaşayırıq. Danılmaz faktdır ki, rəqəmsallıq bank sisteminə də böyük təsir edir. Artıq, ölkə ictimaiyyətində də nağdsız əməliyyatlara olan maraq və istifadə də hiss olunacaq qədər artıb.  Biz də bank olaraq əhalinin müəyyən kateqoriyasını əhatə edən məhsulu reallaşdırdıq.

Hansı limitə qədər müştərilərə bu məhsulu təklif edirsiniz?

Bizim ənənəvi kredit məbləğimiz 15000 manatdır. Bu məhsuldan yararlanan müştərilər isə 3000 manata qədər kredit götürə bilər.  Çünki 15000 manat krediti ay ərzində nağdsız istifadə etmək qeyri-realdır. Kimsə deyə bilər ki, 15000 manat kreditin 12 min manatını nağd, 3000 manatını isə nağdsız  istəyir. Bu da mümkündür.  Kartdakı vəsaiti nağd formada istifadə olunarsa, nağd şəkildə istifadə edildikdə məbləğin 3%-i qədər komissiya tətbiq olunur.

İstənilən fiziki şəxs  nağdsız kredit üçün müraciət edə bilərmi?

Bu kreditin digər kredit məhsullarımızdan fərqi yoxdur. Əgər müştərinin ödəniş qabiliyyəti varsa, kredit tarixçəsində ciddi problemləri yoxdursa müraciət edə  bilər.

Ümumi istehlak kreditlərininin şərtlərində son vaxtlar aparılan dəyişikliklər nələrdən ibarətdir? Hansı şərtlər sadələşdirilib?

Məhsulun satışları və müştəri istəklərini nəzərə alaraq, mütəmadi şəkildə kredit məhsullarının şərtlərinə dəyişikliklər edirik. Bu dəyişikliklər xüsusilə şərtlərin yüngülləşdirilməsinə, əsasən müsbət kredit tarixçəsi olan və loyal müştərilərə şamil edilir. Ən vacib məqamlardan biri zaminsiz kredit məbləği ilə bağlıdır. Məlumdur ki, kredit götürərkən zamin tapmaqda böyük çətinliklər olur. Bu səbəbdən çox saylı müraciətləri həmçinin portfelin keyfiyyətini nəzərə alaraq zaminsiz kreditlərin məbləğini 10 000 AZN-ə qədər qaldırdıq. Əmək haqqı və iş yerini nəzərə alaraq , müştərilərə müəyyən hallarda 15 000 AZN-ə qədər zaminsiz kredit götürülməsi üçün şərtləri yüngülləşdirdik. Əlbəttə ki, əgər müştəri ödəniş qabiliyyətlidirsə və gəlirliliyə aid təqdim etdiyi  sənədlər daxili və tənzimləyici orqanların prosedurlarına uyğundursa, qeyd olunanları tətbiq edə bilirik. Əlavə olaraq, müəyyən kateqoriyaya aid olan müştərilər var ki, kredit götürməkdə çətinlik çəkir.

Müəyyən səbəblərə görə, son  12 ayda və ya bir neçə il əvvəl kreditlərində ciddi gecikmə edən insanlar kredit götürməkdə çətinlik çəkir. Bu halları da nəzərə alaraq, həmin kateqoriaya aid olan müştərilərə müəyyən təkliflər hazırlayırıq. Bizim üçün əsas vacib faktor odur ki, müştəri gecikdirilmiş kreditdən sonra ən azı 6 ay ərzində gecikməsiz kredit ödənişləri həyata keçirmiş olsun. Hazırda bu prosesin üzərində işləyirik.

Online kreditləşmə sizin bankda nə qədər artıb və bu məhsulla bağlı güzəştli kampaniyalar aparılırmı?

Qeyd etdiyim kimi, cari ilin əvvəlindən aktiv şəkildə online kredit sifarişlərinin sayının artırılması üçün bir sıra kompleks tədbirlər görməyə başladıq. Belə ki, müxtəlif populyar riteyl platformalarda müraciət formaları, kredit kalkulyatorları yerləşdirdik və həmçinin aktiv şəkildə online müraciətlərin təşviqinə başladıq. Bankın korporativ saytında, www.133.az  , Telegram və Facebook messencer üzərindən “RabitəbankBot” vasitəsilə ilə online müraciətlərin edilməsi üçün şərait yaradılıb. Müştərilərin fiziki olaraq bank satış nöqtələrinə gələrək əlavə vaxt itirmələrinin qarşısını almaq üçün onları online müraciət etməyə səslədik. Bununla bağlı biz bütün onlayn müraciət edən müştərilərə  1% endirim təklif edirik.

Həmçinin müştərilərə son aylar daha bir kampaniya təklif edilir. Online kanallar vasitəsilə mürəciət edən müştərilərə illik faiz dərəcəsinə endirimlə yanaşı, 0% komissiya da tətbiq edilir.  Qısa zaman ərzində ciddi şəkildə online satışların həcmində artım müşaiyət olub. Online kanallar vasitəsilə edilən müraciətlərdə məhsulun satışında  4 dəfə artım var.

Həftənin beş iş günü içərisində bizə online vasitəsi ilə müraciət edən insanlar həmin gün ərzində cavab ala bilirlər. Növbəti günə keçmədən müraciət edilən şəxslərə  zəng edilir, məhsul barədə məlumat verilir.  Artıq müştəri bilir ki, o kredit götürmək üçün hansı filiala yaxınlaşmalıdır.  Elə müştərilər var ki, onlar həftə içi banka yaxınlaşa bilmir. Bunu düşünərək biz bankın 24/7 filialında müştərilərə şərait yaratmışıq.  Bu filial həftə içi axşam saat 22:00-kimi, şənbə, bazar günü isə səhər saat 10:00-dan axşam saat 18:00- kimi  müştərilərin xidmətindədir.  

Ümumilikdə istehlak kreditləri üzrə məhsullar bütün kateqoriyaları əhatə edirmi? Hansı güzəştli məhsullarınız var? 

Biz məhsullarımızı tamamilə müştəri istəklərinə və bazar şəraitinə uyğun hazırlayırıq. Standart nağd pul krediti ilə yanaşı, peşə kreditləri, transfer krediti, ilk kredit, avto kredit, nağdsız kreditlər və digər kredit məhsullarımız mövcuddur. Kredit məhsulunun şərtlərində hər kateqoriyaya uyğun fərqli şərtlər var. Məsələn, “Transfer” krediti barədə məlumat verim. “Transfer” kreditinin mahiyyəti belədir ki, digər banklarda krediti olan bütün şəxslər həmin kreditlərini daha sərfəli şərtlərlə “Rabitəbank”a transfer edə və  vəziyyəti öz xeyirlərinə dəyişə bilərlər. Ümumilikdə, transfer kreditinin şərtlərinə əsasən müştərilərə illik cəmi 19% faizlə və heç bir komissiya ödəmədən digər banklardakı mövcud kreditlərini “Rabitəbank”a keçirmək təklif olunur. Və ya tam əksinə, ilk dəfə kredit almaq istəyənlər üçün “Rabitəbank” “İlk Kredit” məhsulunu təqdim edir. Kreditin şərtlərinə əsasən keçmişdə krediti olmayan müştərilərə illik cəmi 20%-lə, 36 ay müddətinə 15000 manatadək nağd pul kreditləri təklif olunur.

Həmçinin gəlirləri nisbətən aşağı olan müştəri seqmenti üçün daha uzun müddətə və aşağı faizlə kreditlər təklif olunur.  Bundan əlavə, bank dövrü olaraq kredit kampaniyaları elan edir. Qısa müddətli kampaniyalar zamanı fərqli məhsullara endirimlər elan olunur. Burada əsasən komissiyaların olmaması və baza faiz dərəcəsinə elan olunan endirimlərdən müştərilərimiz yararlanır.

 

Günel Türksoy



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi