Rabitəbank Fonda 150 minlik ianə köçürdü

rabitebank-fonda-150-minlik-iane-kocurdu
Oxunma sayı: 862

Rabitəbank ASC, koronavirusun (Covid-19) yayılmasının qarşısının alınması ilə mübarizə istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsünə qoşularaq, həyata keçirilən tədbirlərin dəstəklənməsi üçün cari ilin 19 mart tarixində yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 150.000 manat məbləğində ianə köçürüb.

“Qafqazinfo”nun məlumatına görə, müstəqil Azərbaycanın ilk kommersiya banklarından biri olan Rabitəbank, daima sosial korporativ məsuliyyət anlayışına riayət edərək, ölkənin dayanıqlı inkişafına öz töhvəsini verməkdədir. Rabitəbank koronavirusla mübarizəyə dəstək olmaqla, hər bir vətəndaşımızı dövlətin elan etdiyi karantin qaydalarına və bu istiqamətdə həyata keçirdiyi tədbirlərə riayət etməyə çağırır. 

Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə müştərilərin xidmətindədir.