Qurban bayramı münasibətilə şəhid ailələri üçün sovqatların hazırlanması məqsədilə Rabitəbank dəstək aksiyası həyata keçirib.
“Qafqazinfo” xəbər verir ki, bayram günlərində Bank əməkdaşları 100-ə yaxın ailənin ziyarətində olub və bayram payları aparıb.
Bankın maliyyə dəstəyi ilə hazırlanmış bayram sovqatlarından ibarət qutular ailə üzvlərinə təqdim edilib.
Qeyd edək ki, vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan Rabitəbank qazi və şəhid ailələrinin sosial təminatına dəstəyini davam etdirəcək.
Son xəbərlər
Son Xəbərlər