“Rabitəbank” Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinə ianə edib.
Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən “Rabitəbank” bu dəfə Biləsuvar şəhərində təhsil alan şəhid və qazi ailələrinin övladlarını öz diqqət və qayğısı ilə sevindirib.
Belə ki, “Rabitəbank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekin təhsil kompleksini ziyarət edərək, orada təhsil alan Şəhid və Qazi ailələrinin övladları ilə görüş keçirib.
Tədbirdə Orhan Gültekin çıxışında, ““Rabitəbank” rəhbərliyi daima torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailələri və qazilərimizi də davamlı olaraq nəzarətdə saxlayır, onlara yüksək səviyyədə diqqət-qayğı göstərir. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və Bankın yaranmasının 30 illiyi ilə əlaqədar məhz bu gün burada olmağımızın əsas səbəbidə budur və bizə əmanət edilən, gələcəyimiz olan övladlarımızın təhsili ilə yaxından maraqlanmaq və dəstək olmaqdır”, - bildirib.
“Təhsil kompleksimiz yarandığı gündən etibarən keyfiyyətli təhsil, şagirdlərə milli və bəşəri dəyərləri aşılamaq, müstəqil həyata hazır intellektuallar yetişdirmək və s kimi dəyərləri əsas götürüb. Bunun fonunda kompleksdə şagirdlər üçün durmadan yeni imkanlar yaradılır. Bu yolda bizə Rabitəbank hər zaman öz dəstəyini göstərib” - deyə, kompleksin rəhbəri Aqşin Bağırov qeyd edib.
Qeyd edək ki, cari tədris ilində Kompleksdə 27 şəhid övladları, 15 nəfər isə Azərbaycanın Ərazi Bütövlüyü Uğrunda Əlil olan şəxslərin övladları Bağça-Hazırlıq qrupu və I-XI sinifləri üzrə təhsil alır.
Son xəbərlər
Son Xəbərlər