Rabitəbankdan Kartmane istifadəçilərinə xoş xəbər!

rabitebankdan-kartmane-istifadecilerine-xos-xeber
Oxunma sayı: 2636

Artıq danışıq dəqiqələri və internet paketi üçün əlavə xərclərinizi unudun.

Kartmane sahibləri üçün yeni, 4-cü keşbek növü istifadəyə verildi. Kartmane və Azercell-in birgə keşbek sisteminə keçid etməklə siz bütün ödənişlərdən qazandığınız bonusları Azercell-dən danışıq dəqiqələri və ya internet paketinə dəyişə bilərsiniz. Belə ki, minimum dövriyyə tələbi olmadan YDM və Sığorta ödənişlərdən 1AZN=0,5 BAL, digər əməliyyatlardan isə 1AZN=1BAL qaytarılır. Ay ərzində qazanılacaq keşbek ballarınım maksimum limiti 5000 baldır.

Azercell danışıq dəqiqələri və Azercell İnternet paketi aşağıdakı cədvəl üzrə hesablanır və 30 gün müddətinə yalnız ölkədaxili istifadə edilə bilər:

AZN

BAL

Dəqiqə

50

50

25

100

100

50

250

250

125

500

500

250

 

 

 

 

AZN

BAL

İnternet Paketi

100

100

1 GB

300

300

3 GB

600

600

7 GB

Üstəlik bu keşbek sistemində qazanılan ballarla dəyişdirilmiş dəqiqə və internet paketini istənilən Azercell nömrəsinə köçürmək mümkündür. Bu keşbek növündən faydalanmaq üçün yeni kart almağa ehtiyac yoxdur! Sadəcə Rabita Mobile tətbiqində "Bonus Info" bölməsinə daxil olaraq rahatlıqla keşbek növünü dəyişə bilərsiniz. İlk dəyişmə haqqı ödənişsiz, ikinci və sonrakı dəfələr üçün isə 4.99 AZN xidmət haqqı tutulur.

"Rabitəbank" ASC, Azərbaycanın 16 regionu və Bakı şəhərində 27 xidmət məntəqəsi və 73 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması və "RabitaBot" çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.