“Rabitəbank”la bağlı cinayət işi açıldı

rabitebankla-bagli-cinayet-isi-acildi
Oxunma sayı: 1729



Baş Prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, araşdırmalar zamanı cəmiyyətin Lənkəran rayon filialının vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran rayon sakinləri Fuad Cabbarov və digərlərinin adlarına saxta kredit müqavilələri rəsmiləşdirməklə ilkin məlumatlara görə 35 min manat məbləğındə vəsaiti kredit şəklində alaraq mənimsəmələrində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.