“Rabitəinşaat” ASC-dən Silahlı Qüvvələrə dəstək

rabiteinsaat-asc-den-silahli-quvvelere-destek
Oxunma sayı: 1972

“Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyəti Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olub.

“Qafqazinfo” xəbər verir ki, şirkət Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən qızğın döyüşlərdə Ordumuzun uğurlu əməliyyatına dəstək olmaq məqsədilə Fonda 10 min manat vəsait köçürüb.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə yaradılıb. Fondun əsas maliyyə mənbəyi hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan vəsaitdir.

Qeyd edək ki, şirkət daha əvvəl Koronavirusla Mübarizə Dəstək Fonduna 20 min manat köçürmüşdü.