Rada bu gün növbədənkənar toplanır - - Ukraynalılar aksiyaya başladı

rada-bu-gun-novbedenkenar-toplanir-
Oxunma sayı: 860

 “Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, buna səbəb konstitusiyada dəyişikliyə etiraz edən fəalların Rada qarşısına toplaşmasıdır. Hazırda 500-ə yaxın fəal parlament binası qarşısında etiraz edir və etirazçıların sayının get-gedə artdığı bildirilir. 

Ukraynalıların narahatlığına səbəb isə qanunda  nəzərdə tutulan dəyişiklik baş verəcəyi təqdirdə ölkənin şərqindəki döyüşçülərə amnistiya verilməsi, həmçinin Rusiya ilə sərhədlərin “yuyulması” olacaq. 

Qeyd edək ki, bu gün Ali Rada növbədənkənar toplanacaq. Gündəliyə əsasən, deputatlar ilk oxunuşda hakimiyyətin desentralizasiyası (mərkəzləşdirilməsi)  ilə bağlı konstitusiyada dəyişikliyi nəzərdə tutan qanun layihəsinə baxacaqlar. 

“Qafqazinfo”