Rada qarşısında qanlı qarşıdurma - - Qumbara atıldı, polis ayağını itirdi...

rada-qarsisinda-qanli-qarsidurma-
Oxunma sayı: 920


“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, hadisə bu gün 500-dən çox etirazçının konstitusiyaya dəyişikliyə etiraz əlaməti olaraq Rada qarşısında toplanmasından sonra qeydə alınıb. 

Nümayişçilərlə Radanı qoruyan hərbi qulluqçular arasında başlayan qarşıdurmada etirazçılardan biri əl qumbarasından istifadə edib. Nəticədə 20 döyüşçünün yaralandığı, onlardan 2-sinin ağır vəziyyətdə olduğu bildirilir. Bir polisin isə  ayağı diz qapağından aşağı hissədən qopub. 

Qeyd edək ki, vətəndaşlarla asayiş keşikçiləri arasında qarşıdurma parlamentin ilk oxunuşda konstitusiyaya dəyişikliyi qəbul etməsindən sonra başlayıb. Bu gün Ali Radanın növbədənkənar toplantısında hakimiyyətin desentralizasiyası (mərkəzləşdirilməsi)  ilə bağlı konstitusiyada dəyişikliyi nəzərdə tutan qanun layihəsi qəbul edilib. 

***

Yerli mətbuatın yazdığına görə, partlayışda iki nəfər ölüb.


“Qafqazinfo”