Radardan itən təyyarə dənizə düşüb

radardan-iten-teyyare-denize-dusub
Oxunma sayı: 1133

Radarlardan itən Misir hava yollarına məxsus təyyarə Aralıq dənizinə düşüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Mayadin” telekanalı Misir aviaşirkətindəki mənbəsinə istinadən məlumat yayıb.

Misir Aviasiya Nazirliyindən isə bildirilib ki, təyyarə böyük ehtimalla, hissələrə bölünüb. Sərnişinlər arasında Misir, Fransa və Britaniya vətəndaşlarının olduğu bildirilir. 

Qeyd edək ki, Paris-Qahirə reysini həyata keçirən sərnişin təyyarəsi havaya qalxdıqdan bir müddət sonra radarlardan itib. Hava gəmisinin göyərtəsində 69 nəfər olub. Sərnişinlər arasında 3 uşaq da olub.