Radarlardan itən təyyarənin göyərtəsindəki altı nəfər həlak olub - Yenilənib

radarlardan-iten-teyyarenin-goyertesindeki-alti-nefer-helak-olub
Oxunma sayı: 2772

Rusiyanın Xabarovsk diyarında radardan itmiş “An-26” tipli hərbi-nəqliyyat təyyarəsinin qalıqları aşkar olunub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “TASS” yayıb. Bildirilir ki, təyyarənin qalıqları Korfovski qəsəbəsində dağın ətəyində Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri tərəfindən aşkar olunub.

Hazırda hadisə yerinə xilasedicilərin necə getməsi məsələsi həll olunur.

Qeyd edək ki, təyyarə dünən Xabarovsk diyarında radarlardan itib. Təyyarənin göyərtəsində 6 nəfərin olduğu qeyd edilir.

***

 “TASS” xəbər verir ki, təyyarənin göyərtəsində olan 6 nəfərin hamısı həlak olub.

“Təyyarənin qəzaya düşdüyü yerdə həlak olanların qalıqları tapılıb. Sağ qalan yoxdur”, - deyə fövqəladə xidmətdən agentliyə məlumat daxil olub.

Hazırda axtarış əməliyyatı davam etdirilir.