Radik İsayev AÇ-də mübarizəyə başlayır

radik-isayev-ac-de-mubarizeye-baslayir
Oxunma sayı: 1396

Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.

"Qafqazinfo" xəbər verir ki, yarışın son günü daha dörd idmançımız – Olimpiya çempionu Radik İsayev (87 kq yuxarı), Fatimə Məcidova (57 kq), Eltac Qafarov (74 kq) və parataekvondoçu Sadiq Həmidov (K-44 63 kq) mübarizəyə qatılacaqlar.

Qeyd edək ki, qitə çempionatında parataekvondoçularımız İmaməddin Xəlilov (K-44 70 kq) gümüş, Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıblar.