Radikal dini təsirlərdən necə qorunmaq olar? - Foto

radikal-dini-tesirlerden-nece-qorunmaq-olar
Oxunma sayı: 1308

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə şəhərdəki Heydər Əliyev Mərkəzində “Dini radikalizmlə mübarizə işinin təşkili istiqamətində dini icmaların maarifləndirilməsi” mövzusunda seminar- müşavirə keçirilib.

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, müşavirədə rayonun dini icma rəhbərləri və dindarları ilə bərabər, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.

Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov seminar-müşavirə iştirakçılarına bölgədəki dini durum haqqında məlumat verərək bildirib ki, bölgədə on bir millətin və müxtəlif dinlərin nümayəndəsi yaşayır.

Sonra DQİDK sədrinin birinci müavini Səyyad Salahlı Masallı ağsaqqallarına və dindarlarına gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində, həmçinin, radikal dini təsirlərdən qorunmasında daha fəal olmalarını tövsiyyə edib.

Daha sonra tədbir iştirakçıları mövzu ilə bağlı fikirlərini bildiriblər.