“Radikalizmin ideoloji əsasları iflasa uğrayıb”

radikalizmin-ideoloji-esaslari-iflasa-ugrayib
Oxunma sayı: 857


Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə bölgədə fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar iştirak edirlər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dövlət-din münasibətlərinin beynəlxalq hüquqi normalarla tənzimləndiyini qeyd edib. O bildirib ki, ölkədə dini radikalizmin sosial bazası yoxdur:

“Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. Biz milli mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq".

Konfrans sabah işini plenar iclasla davam etdirəcək.