ABŞ Suriya Mülki Müdafiə Orqanının sədri Raed Salehi ölkəyə buraxmayıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriya vətəndaş müharibəsi başlayandan bəri təxminən 40 min insanın həyatını xilas edən qurum qeyri-hökumət təşkilatı olan Interaction tərəfindən “2016 Humanitar Yardım” mükafatına layiq görülüb. Lakin mükafatı almaq məqsədilə ABŞ-a gələn qurum sədri Saleh ölkəyə buraxılmayıb. Pasport nəzarəti aparan polis “Gəldiyin yerə qayıt”, deyə xəbərdarlıq edib.
Sədrin sözlərinə görə, vizasının müddəti 2016-ci ilin sonuna qədər davam edir və o, ABŞ Beynəlxalq İnkişaf Yardımları Agentliyi (USAID) tərəfindən səfəri üçün məktub alıb. Buna baxmayaraq, ABŞ-a gəldikdən sonra Salehə vizasının ləğv edildiyi və ABŞ-a daxil olmasının mümkün olmadığı deyilib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər