Tanınmış idmançı, dünya çempionu Rafael Ağayevə avtomobil hədiyyə ediblər.
"Qafqazinfo" xəbər verir ki, bu barədə idmançının özü sosial şəbəkədə məlumat yayıb.
"Bu da əziyyətimin bəhrəsi və toyumun hədiyyəsi... Allahım, min şükür",- deyə Ağayev bildirib.
Xatırladaq ki, R.Ağayevin toyu bu ilin 6 iyun tarixində baş tutub.

Son xəbərlər
Son Xəbərlər