Rafael Fiziyev 2 min manat kirayə pulunu ödəmir

rafael-fiziyev-2-min-manat-kiraye-pulunu-odemir
Oxunma sayı: 4623

Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev kirayələdiyi evin pulunu verməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məşhur “Phuket Top Team” komandasının tviter hesabı məlumat yayıb.

Məlumatda bildirilir ki, R.Fiziyev Tailandda kirayələdiyi ev üçün 39 min bat (2040 manat) olan borcunu ödəməkdən boyun qaçırıb.

Səhifə bunun üçün idmançının növbəti döyüşdə üz-üzə gələcəyi amerikalı Castin Qetjiyə müraciət də ünvanlayıb.

Müraciətdə Qetjinin Fiziyevdən pulu alması istənilib.