“Qafqazinfo”nun məlumatına görə, “8 mart” Beynəlxalq Qadınlar gününə həsr olunan “Qızılgül” adlı konsertdə Rafael və Coşqun bir çox problemlərə toxunublar. Gülüş ustaları “Xəzər” telekanalında yayımlanan “Ləziz dad” proqramını, xəstəxanalarda baş verən qanunsuzluğu, bəzi həkimlərin savadsızlığını, ər və arvad münasibətlərini əks etdirən səhnəciklər canlandırıblar. Konsertdə eyni zamanda Nadir Qafarzadə, Namiq Qaraçuxurlu və “Natiq” ritm qrupu parodiya olunub.
“Bu şəhərdə”nin izləməyə Gülyaz və Gülyanaq bacıları, Xatirə İslam, Abbas Bağırov gəlib.
Son xəbərlər
Son Xəbərlər