“Raffles İstanbul” Bakıda tanıdıldı

raffles-istanbul-bakida-tanidildi
Oxunma sayı: 1838

Dünyaca məşhur “Raffles” otellər şəbəkəsinin İstanbulda fəaliyyətə başlamasının bir illiyi münasibətilə Bakıda tədbir keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, “Raffles İstanbul”un Baş müdürü Tarek Murad azərbaycanlı jurnalistləri bir masa ətrafına toplayaraq onlara otelin bir ildə əldə etdiyi uğurlardan danışıb. T. Murad bildib ki, İstanbul boğazının Avropa səmtində Beşiktaş bölgəsindəki Zorlu Center-də yerləşən “Raffles İstanbul”, 128 illik tarixi olan “Raffles” otellər qrupunun Türkiyədə ilk, Avropada ikici otelidir: “440 nəfərdən ibarət olan bu heyətin bir parçası olmaqdan və birinci ildönümümüzü qeyd etdiyimiz üçün çox məmnunam. Bu bir ildə çox uğurlara imza atmışıq. Qonaqlarımızın sayının artması da buna sübutdur. Oteldə 49-u suit olmaqla 185 otaq var”.

Qeyd edək ki, T.Murad “Raffles İstanbul”dan öncə Bakıdakı “Four Seasions” otelinin Baş müdürü olub.

Nigar Məmmədli