Rafiq Babayevin də öldüyü terrordan 22 il keçdi...

rafiq-babayevin-de-olduyu-terrordan-22-il-kecdi
Oxunma sayı: 1735

1994-cü ildə Bakı metropolitenində baş vermiş terror aktından 22 il keçir.

“Qafqazinfo” xəbər verir ki, həmin partlayış martın 19-u “20 Yanvar” metro stansiyasında baş verib.

Saat 13.00 da qatar stansiyada dayandığı zaman, birinci vaqonda saat mexanizmi ilə təchiz edilmiş əldədüzəlmə partlayıcı qurğu işə düşüb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan respublikasının xalq artisti Rafiq Babayev da var.

İstintaq nəticəsində, “Sadval” separatçı təşkilatının üzvləri həbs olunur, istintaq zamanı məlum olur ki, terrorçular Ermənistan respublikasının xüsusi xidmət orqanları ilə sıx əlaqədə olaraq, Ermənistanda olublar və orada onlara xüsusi təlim keçilib.

Terror aktının icrasında və təşkilində iştraka görə, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 11 nəfər həbs olunub, onlardan ikisinin barəsində məhkəmə güllələnmə hökmü çıxarıb, digərləri isə müxtəlif müddətli həbs cəzasına məhkum olunublar.