Rafiq Bayramov hazırda ifadə vermək istəmədiyini deyib - Məhkəmə

rafiq-bayramov-hazirda-ifade-vermek-istemediyini-deyib
Oxunma sayı: 3939

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçən iclasda Rafiq Bayramovun vəkili vəsatətlə çıxış edib.

O, məhkəmədən xahiş edib ki, şahidlərin ifadəsindən sonra Rafiq Bayramov ifadə versin: "O, hazırda ifadə vermək istəmir".

Hakim vəsatəti təmin edib. R.Bayramov özünü təqsirli bilmədiyini deyib. Növbəti məhkəmə iclası iyunun 8-də davam edəcək.

Qeyd edək ki, R.Bayramov 1,8 milyon manat rüşvət almaqda ittiham edilir.

Elsevər Məmmədov