Rafiq Əliyevə ABŞ-ın yüksək mükafatı verilib

rafiq-eliyeve-abs-in-yuksek-mukafati-verilib
Oxunma sayı: 1495


Rafiq Əliyev ABŞ-ın ən yüksək elmi mükafatlarından olan “Lifetime achievement award” (Dünya elmində ömürlük nailiyyətə görə) mükafatına layiq görülüb. 

“Qafqazinfo”nun məlumatına görə, professor Modern.az-a açıqlamasında bu hadisənin Azərbaycan elmi üçün yüksək nailiyyət olduğunu vurğulayıb: “Bu, çox yüksək mükafatdır. İki sahədə - elm və incəsənət sahəsində təqdim olunur. Məlumat üçün deyim ki, 2000-ci ildə bu mükafatı Lütfi Zadə alıb. Mükafat ömürlük elmi nailiyyətə görə verilir. Onu da qeyd edim ki, bu mükafat mənim 3 elmi fəaliyyətimə görə verilib. Birincisi, ən son nəzəriyyəm olan qərar qəbuletmə nəzəriyyəsi, ikincisi, qeyri-səlis məntiqin inkişafında görülən işlər, üçüncü səbəb isə soft-komputinq istiqamətində xidmətlərə görədir.”