Rafiq Əliyevin qaynı oğlu Rusiyada qətlə yetirilib

rafiq-eliyevin-qayni-oglu-rusiyada-qetle-yetirilib
Oxunma sayı: 10692

Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.

“Qafqazinfo”nun məlumatına görə, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.

Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.

Qeyd edək ki, teleqraf.com-un məlumatına görə, qətlə yetirilən şəxs “Azpetrol”un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb. Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.

Surxay Şahbazov