Rafiq Əliyevlə bağlı bəyanat verildi

rafiq-eliyevle-bagli-beyanat-verildi
Oxunma sayı: 722

“Görkəmli alim, professor, AMEA-nın müxbir üzvü Rafiq Əliyev üzvü olduğu Ziyalılar Forumunun noyabrın 4-də “Millibirliyin şərtləri və yolları” mövzusunda keçirdiyi tədbirdən öncə ADNA-nın “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrasının müdiri vəzifəsindən çıxarılıb. Vicdanlı bir ziyalı kimi cəmiyyətin problemlərindən ciddi narahatlıq keçirən, onların aradan qaldırılması üçün çalışan professor Rafiq Əliyevin məhz bu fəaliyyətinə görə bir vaxtlar özünün yaratdığı kafedranın rəhbərliyindən uzaqlaşdırılması əsl nadanlıq nümunəsidir”.

Müsavat Partiyası bəyanatında professor Rafiq Əliyevin işdən çıxarılmasını qətiyyətlə pisləyir: “Müsavat Partiyası hakimiyyətdən seçdiyi, özü və dövlətimiz üçün bu təhlükəli yoldan imtina etməyi, ölkədə ciddi demokratik islahatlar aparmağı tələb edir”.

Fatimə Kərimli