Rafiq Hüseynov Əhliman Əmiraslanovun qərarını gözləyir

rafiq-huseynov-ehliman-emiraslanovun-qerarini-gozleyir
Oxunma sayı: 2132


“Qafqazinfo” xəbər verir ki, bunu AzNews.az-a Xalq artisti, tanınmış diktor Rafiq Hüseynov deyib. 

Onun sözlərinə görə, kimyəvi terapiya aparılması ilə bağlı hələ qərar verilməyib: “Kimyəvi terapiyanın harada aparılmasına dair qərar verə bilmirik. Yəni Bakıda, yoxsa Türkiyədə? Hər halda buna Əhliman Əmiraslanov qərar verəcək. Düzdür, özü ilə hələ görüşməmişik. Əhliman müəllim xaricdədir. Gələn kimi görüşəcəyik. O nə desə, olacaq”. 

Xatırladaq ki, R.Hüseynov Türkiyədə xərcəng xəstəliyindən əməliyyat olunub.