Rafiq Hüseynov müayinə üçün yenə Türkiyəyə gedir

rafiq-huseynov-muayine-ucun-yene-turkiyeye-gedir
Oxunma sayı: 973


“Qafqazinfo” xəbər verir ki, bunu APA-ya xalq artisti, məşhur diktor Rafiq Hüseynov deyib. 

Onun sözlərinə görə, hazırda səhhəti ilə bağlı ciddi şikayəti olmasa da, həkimlərin məsləhəti ilə müayinədən keçməsi zəruridir: “İşə çıxıram, sağlamlığımdan ciddi mənada şikayətim yoxdur. Şükür Allaha, yuxum, yeyib-içməyim qaydasındadır. Müayinədən keçim, görüm, həkimlər əməliyyatdan sonra ümumi vəziyyəti necə qiymətləndirirlər”. 

R.Hüseynov əlavə edib ki, Bakıya sentyabrın 4-də qayıdacaq. 

Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir. O, dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Həkimlər 4 saat çəkən əməliyyatla onun ağciyərinin üstündəki şişi götürüblər.