Katolik dünyasının ruhani lideri Papa Fransiskin kilsələrdə bəzi keşişlərin və yepiskopların rahibələrə təcavüz etdiyini açıqlamasından sonra ABŞ-dakı rahibələrdən sərt reaksiya gəlib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar katolik kilsələrindəki idarəetmə üsulunun dəyişməsi üçün çağırış ediblər.
Rahibələr kişilərə üstünlük verildiyi quruluşun dəyişməsinin vacib olduğunu bildiriblər.
Onlar kilsələrin əxlaqi güvəni yenidən qazanması üçün bu addımın atılmasının vacib olduğunu vurğulayıblar.
Son xəbərlər
Son Xəbərlər