Rahil Məmmədovun yeni klubu rəsmiləşdi

rahil-memmedovun-yeni-klubu-resmilesdi
Oxunma sayı: 3283

Azərbaycan millisinin müdafiəçisi Rahil Məmmədovun yeni klubu rəsmən bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, 28 yaşlı futbolçu Polşanın yüksək liqa təmsilçisi “Radomyak”a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Rahillə 2 illik müqavilə imzalanıb.

“Radomyak” ötən mövsüm Polşa liqasını 15-ci yerdə (18 komanda arasında) başa vurub.

Qeyd edək ki. R.Məmmədov bundan əvvəl də Polşada çıxış edirdi. Bu ilin yanvarında “LKS Lodz”a keçən müdafiəçi komandanın aşağı liqaya düşməsindən sonra klubdan ayrılıb.