Rakitiç Bakıya gəlməyəcək

rakitic-bakiya-gelmeyecek
Oxunma sayı: 1464

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Azərbaycanla qarşılaşacaq Xorvatiya yığmasının heyətində dəyişiklik edilib. “Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Zlatko Daliç məlumat verib. 

Mütəxəssis bunu Rakitiçin karyerasındakı qeyri-müəyyənləliklə əlaqaləndirib: 

“Klubu ilə bağlı taleyi hələ də müəyyənləşməyən Rakitiçlə dünən danışdım. Onun milli komanda üçün hazır olmadığı və ehtiyacımızı maksimum qarşılaya bilməyəcəyi qənaətinə gəldim. Bu üzdən Rakitiçin növbəti oyunlarda bizə qoşulmamasını qərara aldım”.