Rakitiç milli karyerasını başa vurdu

rakitic-milli-karyerasini-basa-vurdu
Oxunma sayı: 886

İspaniyanın “Sevilya” klununun yarımmüdafiəçisi İvan Rakitiç Xorvatiya millisindəki gələcəyi ilə bağlı qərarını açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi yığma karyerasını başa vurub.

Qeyd edək ki, Rakitiç 2007-ci ildən Xorvatiya seçməsində çıxış edirdi. Bu forma ilə 106 oyun keçirən futbolçu 15 qol vurub. O, 2018-ci il dünya çempionatında gümüş medal qazanıb.