Ramalla Fatimə arasında nə baş verir?

Ramalla Fatimə arasında nə baş verir?
Oxunma sayı: 2130

Müğənni Ramal İsrafilov tədbirlərdə mahnı oxumağa başlayan rəqqasə Fatimə Fətəliyevanı tənqid edib. “Qafqazinfo” xəbər verir ki, sənətçi bir neçə gün əvvəl “Üç əlli” proqramında qonaq olarkən rəqqasənin müğənnilik etməsinə qarşı çıxdığını bildirib:

“Ona demişəm ki, Fatimə, oxuma. Millətin zövqünü korlamayın. Dostumdur, buradan ona açıq deyirəm. Rəqqasədir, xınalarda götürür bəy-gəlin üçün oxuyur. Çəkirlər, videoları yayılır, gündəmə gəlir. Hərə öz işi ilə məşğul olsun”.

Ötən gün isə prodüsseri rəqqasənin səsyazma studiyasından görüntülərini paylaşıb. O, köməkçisinə müraciət edərək Ramalın acığına mahnı oxuduğunu qeyd edib: “Videoya şərh yazarsan ki, Ramalın acığına… Ramal, sən nə deyirsənsə, düz deyirsən”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi