Bakının Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən Şuşa şəhərciyi qaranlığa qərq olub.
"Qafqazinfo" xəbər verir ki, artıq gün ərzində ikinci dəfədir şəhərcikdə elektrik enerjisinin verilişi dayandırılır.
Belə ki, əvvəlcə sözügedən ərazidə saat 17:30-da elektrik enerjisi kəsilib, yalnız 22:00-da bərpa olunub. Üzərindən iki saat keçəndən sonra anoloji hadisə təkrarlanıb.
Hazırda şəhərciyin bütün ərazisində elektrik enerjisi yoxdur.
***
"Azərişıq" ASC-dən verilən məlumata görə, sözügedən ərazidə elektrik enerjisi kəsintisi ilə bağlı müraciət daxil olduqdan dərhal sonra əməkdaşlar hadisə yerinə yollanmış və baş verən qəzanın nəticələri gecə saatlarında aradan qaldırılıb. Hazırda həmin ərazinin elektrik enerjisi təchizatında heç bir problem yoxdur.
Son xəbərlər
Son Xəbərlər