Ramazan haqda bilmədiklərimiz

ramazan-haqda-bilmediklerimiz-
Oxunma sayı: 1763


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, professor qeyd edib ki, Ramazan ayı müsəlmanlar üçün önəmli aydır: “Bu ayda Qurani-Kərim nazil olunmuş və Qədir gecəsi də bu aydadır. Dil ilə niyyət etmək deyil. Sahura zamanı və ya axşamdan niyyət edilə bilər. Könüldən “mən sabah oruc tutacam” demək yetərlidir. Sabah mümkün qədər tez oyanmalısınız, sahur mütləq edilməlidir. Sahura qalxmadan axşamdan yemək yemək düzgün deyildir. Güc göstərisi deyil, ibadət etdiyimiz bilinməlidir. İmsak vaxtından sonra isə müsəlman özünü sabah namazına hazırlamalıdır. Sabah namazını qıldıqdan sonra hər kəs öz iş durumuna görə imkanları daxilində Qurani Kərimdən bölümlər və ya elmi kitablar oxuya bilər. Müsəlman ailə başçıları mümkün olduğu qədər Ramazanda ailəsinin yemək ehtiyaclarını bol etməlidir. İmkan daxilində iftar üçün qonaq qəbul etmək lazımdır. İftarın dua ilə açılması gərəklidir. Ramazanda yayılan bir ibadət növü də təravih namazıdır. Axşam namazının vaxtını keçirmədən qıldıqdan sonra, yatsı namazının ardından da təravih namazını qılmalıyıq. Bu peyğəmbərimizin sünnətidir”. 

Günel Türksoy