“Ramazanda din xadimləri də xeyriyyə işlərini təşviq etməlidirlər”

ramazanda-din-xadimleri-de-xeyriyye-islerini-tesviq-etmelidirler
Oxunma sayı: 741

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deputatları yenidən YAŞAT Fonduna vəsait köçürməyə səsləyib. 

“Qafqazinfo”nun məlumatına görə, o parlamentdə qeyd edib ki, deputatlar vəsaitin azlığından və çoxluğundan asılı olmayaraq vəsait köçürsələr, yaxşı olar: “YAŞAT Fondu qazilər və şəhid ailələrinin ehtiyacları üçün işlər görür. Ona görə də bu fonda vəsait köçürülməsinə ehtiyac var. Həm də müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyə işlərini təşviq etməlidirlər”.

Deputat həmçinin çıxışında son günlər COVİD-19-dan ölüm saylarının artması məsələsinə də toxunub: “Pandemiya günü-gündən genişlənir. Ancaq ölkəmizdə peyvənd olunma işi çox da sürətlə getmir. Vaksin ehtiyatlarımız varsa televiziyalarda sosial çarxlar yayınlanmalıdır. Bununla bağlı maariflənməyə ehtiyac var”.

Günel Türksoy