Məşhur italiyalı müğənni Eros Ramazzoti Bakıya gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni sosial şəbəkədə məlumat yayıb.
İfaçı “Flame Towers”dən çəkdiyi Bakının videogörüntüsünü paylaşaraq “Sabahın xeyr Bakı”,-şərhini yazıb.
Xatırladaq ki, müğənni sabah “Baku Crystal Hall”da konsert proqramı ilə çıxış edəcək. İlk dəfə Azərbaycana gələn Ramazzottinin Bakı konserti “Perfetto” dünya turu çərçivəsində təşkil olunur.
Son xəbərlər
Son Xəbərlər