Ramazzotti gəlir

ramazzotti-gelir
Oxunma sayı: 1688

Məşhur italyan müğənni Eros Ramazzotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.

“Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunacaq konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək. Eros Ramazzottinin Bakı konserti “Rerfetto” dünya turu çərçivəsində təşkil olunur.

Qeyd edək ki, musiqi albomları dünyada milyonlarla tirajda satılan Eros Ramazzottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub.

Aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək konsertin biletləri martın 26-dan şəhərin kassalarında satışdadır.