“Qafqazinfo”nun məlumatına görə, konsertdə çıxış edən Azərbaycanın məşhur vokalçısı Musiqi kollektivlərinin bədii rəhbəri, Səs Yazma Evinin direktoru Ramil Qasımov layihənin keçirilmə səbəblərini açıqlayıb:
“Ötən ildən etibarən bu layihə ayda iki dəfə keçirilir. Layihəni keçirməkdə məqsəd peşəkar musiqilərin təbliği, milli-mənəvi dəyərlərimizi gənc nəslə təbliğ etməkdir”. Vokalçı C.Cahangirov adına Xor kollektivi ilə Ramiz Mustafayevin “Küçəmizdən keçəndə sən”, Günay Mirzəyevanın “Sənə çatmaq üçün” romansını ifa edib.
Daha sonra Ramil Qasımov səhnəyə tələbəsi 11 yaşlı Sübhan Məmmədzadəni dəvət edib. Bu, gənc ifaçının ilk debütü olub. Konsertdə müğənni Aynur İsgəndərli, Şəhla Ələkbərovanın rəhbərliyi ilə Xor, “Sevil” vokal instrumental ansamblı, Estrada Simfonik Orkestrinin “Bənd” qrupu, baş dirijor, Çikaqoda təhsil almış gənc musiqiçi Allahyar Vəzirovun xalq artisti Ramiz Quliyevlə və “AzTv”nin solisti Kamilə Nəbiyeva ilə çıxışları alqışlarla qarşılanıb. Xalq artisti Ramiz Quliyev çıxışında Beynəlxalq Muğam Mərkəzi ilə AzTv-nin musiqi kollektivlərinin birgə layihəsinin mütəmadi olaraq keçirilməsi gözəl bir təşəbbüs olduğunu vurğulayıb.
Son xəbərlər
Son Xəbərlər